Çapa göndər
Gülağa Tənha Bu qədər sadə...

16 oktyabr 2020 - 22:25

Elə bu il xeyriyyəçi – şair Gülağa Tənhanın Masallı rayonun Ərkivan kəndində “Şəhidlər bulağı” – nın açılışında geniş çıxışını təqdim etmişdik. Kim bilərdi ki,  məhz 2020 - ci ildə “Vətən” müharibəsi başlayacaq və Qarabağda şəhid olmuş igidlərimizin qısası alınıb, işğal altında olan torpaqlarımız qarış –qarış azad ediləcəkdir?! Bu dəfə sizə şairin həmin bulağa həsr etdiyi şeiri təqdim edirik. Bu o deməkdir ki, şəhidlərimizin hər biri daim xatırlanır və hörmətlə yad edilir…

 

 

ŞƏHİD BULAĞI
 

Həsrətin ömrünü bitirəsiyəm,
Qoynunda gül-çiçək bitirəsiyəm,
Sözümü hər yana yetirəsiyəm,
Özün olacaqsan elin dayağı,
Şəhid bulağı!
Unut birdəfəlik kədəri, qəmi,
Könül xoşluğuyla ax, səninləyəm.
Yamanca gərilib qəlbimin simi,
Şəhid qardaşıyam, bax, səninləyəm;
Mən sənə qıymaram qəmli olmağı,
Şəhid bulağı!
Çağla!
Nə qədər ki, can var canımda
Sənə qardaş kimi baxacağam mən.
Qüssəli çağımda, kövrək anımda
Suyuna qarışıb axacağam mən;
Bu anlar bir qaynar bulağam axı,
Şəhid bulağı!
Yüzlərlə şəhidin pıçıltısısan,
Bu ruhlar göylərdə alışan çıraq.
Nə qədər biz varıq, yaşayacaqsan,
Sənə layla çalır üçrəngli bayraq;
Dünya da eşidər bir xoş sorağı,
Şəhid bulağı!
25 may, 2003

 

 

 

16.10.2020

Müharibənin 20 – günü!

 

 

Bir işi başladınsa gərək onu tamamlayasan deyir babalarımız. "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" qeyd edərək Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

 

Elə bir məqamdayıq ki, hər kəsin mövqeyi daha qabarıq görünür, hiss olunur. Hər kəs öz ifadə vasitəsilə müharibəyə münasibətini bildirir. Maraqlı olanlardan biri də odur ki, torpaqları azad etdikcə əsgərlərimizdə qürur hissi daha da böyüyür. Prosesin özündə adam Vətəni nə dərəcədə sevdiyinin şahidi olur. Yəni bu müharibə, xalqımızı özünə daha  yaxından tanış elədi, göstərdi və  gedişat davam etməkdədir. Həm siyasi müstəvidə, həm də hərb meydanında qəhramanlar üzə çıxdı.

 

Xoşa gəlməz xəbər odur ki, bu gün Naxçıvanın Ordubadına raketlə hücum edilib. Bundan əvvəlki günlərdə adını çəkdiyimiz yerlərə, xüsusən də Tərtərə  ağır artilleriya atmaqda davam edirlər.Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirir: “Hərbi əməliyyat teatrının xaricində Azərbaycan şəhərlərinə raket atəşi açılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”Yəni düşmən hər vəchlə müharibənin coğrafiyasını genişləndirməyə cəhd göstərir. Azərbaycan isə ağıllı döyüşçü kimi təkcə gücü ilə deyil, həm də şüurlu şəkildə, zəkasıyıla döyüşür. Hamını narahat edən, içindəki suala bu gün cavab verildi. Prezident cənab İlham Əliyev Türkiyə kanalına müsahibəsində bildirdi ki, “Şüşasız bizim işimiz yarımçıq qalar!” bu o deməkdir ki, mübarizə deyildiyi və hər bir azərbaycanlının istəyi olduğu kimi tam ərazilərimizi bərpa edilənə kimi davam edəcəkdir. Vətəndaş kimi narahat edən sualdan biri də budur ki, Naxçıvan Muxtar Respublikası ayrı bir ada olaraq kənarda qalıb.  Gediş gəlişimiz yalnız hava yoluyaladır. El arasında deyildiyi kimi, söhbət torpaqlardan düşmüşkən “yol üstü” bu məsələni də həll etsəydik, əhalinin gediş-gəlişi xüsusən də tələbələrin səfəri rahatlaşardı. Hələ Türkiyəyə turistik səfərlər və ticarət yollarını demirəm. Yəni  Zəngilandan Ordubada qədər olan yolu deyirəm. Yoxsa Azərbaycandan Türkiyəyə səfər etmək üçün gərək ya Gürcüstandan və ya İrandan səfər edəsən. Bu həm iqtisadi həm də zaman baxımdan işlərin gedişatına təsir edir. Tır şoferlərinin işi nə qədər yüngünləşər. Axı Azərbaycan Türkiyə qardaşlığı daha da möhkəmlənir. Görüləcək işlər çoxdur... Bu gün  “A Haber” kanalına verilən müsahibədə türk jurnalist Prezidentimizin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana olan münasibətini soruşdu. Cənab İlham Əliyev də səmimiyyətlə təxminən belə bildirdi ki, “Qardaşım Rəcəb Tayyib Ərdoğan Türkiyə Dövləti üçün çox vacib adamdır. O, olmasa, ölkədə hər şey bir birinə qarışar.”  Beləcə, bu çıxışda rəhbər olanın əqidəsi, ədalətli olması və dünya görüşünün vacibliyi vurğulandı və bunların hamısı Türkiyə Prezidentində olduğu bildirildi. Bizim həmişə eşitdiyimiz söz var “Türk türkün dostudur!”  yetər ki, bir birinə qarşı gözü tox olsunlar. İndi hər ölkənin nəyəsə ehtiyacı olabilər, yeri gələndə: “ Hər nə olar ki, qardaş deyilik? Əl əli yuyar, əl də üzü!” -  məsəli ilə imperiyalar qurmaq olar. Yetər ki, köhnə dostlar kənardan baxıb bu birliyi qısqanmasın, əksinə, onlar da öz töhfələrini versinlər. O zaman bağlar Gülüstan olar, bu qədər sadə... Zaman hər şeyi göstərəcəkdir. Allah bütün Azərbaycan xalqını qorusun! Amin.

 

 

 

#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #Qarabağ #şeir #sheir