Çapa göndər
Ermənilərin kilsə ittihamı. Faiq İsmayılov araşdırır

14 oktyabr 2020 - 13:57

10.10.2020 il tarixdə, Ermənistanın News.am saytı və digər mətbuat orqanları məlumat yaydılarki oktyabr ayının 8-də Şuşa şəhərindəki rus kilsəsinə Azərbaycanın silahlı qüvvələri tərəfindən raket atılıb. Raket atışı zamanı kilsədə olan qadın və uşaqlar zərər çəkiblər, yaralananlar var.
Təxribat xarakterli bu məlumat adi görünsə də, əslində Ermənistan tərəfindən Azərbaycanı planlı şəkildə vandalizm aktı törətməkdə suçlamaqdır. Biz ermənilərin bu ittihamınna qarşı səssiz qala bilməzdik. Odur ki bu məlumatı analiz etməyə qərar verdik. Analiz edərkən qəribə bir səhnə ilə rastlaşdıq. Məlum oldu ki hadisə zamanı kilsədə heç kim olmayıb və kilsənin içərisində heç bir dağıntı baş verməyib. Ermənilərin sübut kimi mətbuata təqdim etdikləri fotoşəkillərin çoxu 10-15 il kilsənin təmirindən öncə, bir neçəsi isə birinci Qarabağ müharibəsi dövrü çəkilmiş fotoşəkillərdir.
İlk öncə iddia edilən hadisənin necə baş verdiyini nəzərdən keçiririk. Kilsənin giriş qapısının üzərindəki və ona bitişik ətraf yardımçı tikililərin üzərində qurulmuş çardaqlarda o qədər də güclü olmayan dağıntılar müşahidə olunur. Dağıntıların bu cür parakəndə və geniş əhatəli olması, bu binaya peşəkar ordu tərəfindən müdaxilə edilməsini inkar edir. Beləki binada ciddi dağıntı yoxdur. Yardımçı binaların çardaqlarında yalnız dəmirlər çardaqdakı taxtaların üzərindən qoparılıb. Bunun hansı qüvvələr tərəfindən törədildiyi də maraq doğurur.
 

Ermənilərin iddia etdikləri kimi, əgər bu binaya Azərbaycan Ordusu tərəfindən raket atışı olsaydı, mütləq şəkildə orta mənzilli raketlərdən və ya qrad qurğularından istifadə olunmalıydı. Çünki Azərbaycan əsgərləri Şuşa şəhərindən kifayət qədər uzaq məsafədə yerləşir və əgər binanın işarələnmiş yerlərinə raket zərbəsi endirilmiş olsaydı o zaman kilsənin ön hissəsi mövcud olmazdı. Yəni raketdən edilmiş atəş sadəcə dəmirləri qoparmaz ən azı binanın bir hissəsini uçurar və döşəmədə böyük çala yaradardı.
Bu hadisə təxribat məqsədi ilə ermənilərin özləri tərəfindən törədildiyi qənaətindəyik. Ermənilərin təqdimetdikləri saxta sübutlar bizə bunu deməyə əsas verir.


 

Ermənistan təbliğat maşınının kilsə qülləsinin aşağısına əlavə etdiyi şəkillərin heç biri real vəziyyəti əks etdirmir. Diqqətlə baxın. Döşəməyə düşən yad cism bu şəkildə tavandan zərbə nəticəsində düşərək bu qədər kənara sıçraya bilməzdi. Eləcədə yerdə görünən inşaat materialları qalıqları tavandan bu şəkildə tökülüb ətrafa səpələnə bilməzdi. Eləcədə bu tullantıların tavanın izolyasiya materiallarının tərkibinə uyğun gəlmir. Bunların tavandan tökülmüş qalıqlara heç bir aidiyyatı yoxdur.

 


O cümlədən görünən oturacaqların rəngləri və texniki vəziyyətləri əsas verir deyək ki, bu oturacaqlar uzun illər istismar edildiyindən istifadəyə yararsızdır. Onlar kilsədən çıxarılmaq üçün əllə bir kənara toplanıb. Əgər çardağa atılan xəyali mərmi içəriyə düşsəydi belə oturacaqları hansısa bir səmtə sıxışdırıb toplaya bilməzdi. Giriş qapısının yanındakı divar rəsminə və pəncərənin yanındakı divara baxsanız rütubət nəticəsində öz rənglərini itirdiklərini kiçik hissəciklərlə qabarıb divardan qopduqlarını görürük. Bu foto kilsənin istifadə edilmədiyi dpvrdə çəkildiyi yəni indiki hadisəyə aid olmadığı ehtimalını yaradır. Bu vəziyyət şəkil çəkildiyi dövrdə binanın istifadəyə yararsız olduğunu göstərir və ermənilərin yalan danışdıqlarını göstərir. Kilsənin daxili interyerinin görüntüləri deməyə əsas verirki bu şəkil 1998-2000-ci illərdə kilsənin ilk təmirindən əvvəl çəkilib.

Təqdim olunan bu fotolarda, döşəmədə görünən inşaat materiallarının qalıqları, taxta parçaları, döşəmədən qoparılmış asfalt və beton qırıqları hücrənin divarına söykənən pilləkən və bir yerə toplanmış oturacaqlar binanın təmirə hazırlandığından xəbər verir. Beləki 8 may 1992-ci ildə Şuşa şəhəri işğal edildikdən sonra kilsə üç dəfə təmir edildiyi barədə əlimizdə faktlar var. Divarların ornamental görüntüləri və rəngi göstərirki, bu şəkil 2008-2010-cu illərə məxsusdur.
Diqqətlə baxın bu foto kilsənin istismar dövrü yəni 2019-cu ildə çəkilmişdir, bir vətəndaşın əl telefonu ilə çəkilib.

Divarın rəngi, hansısa müqəddəsin portreti, qapı və oturacaqların texniki vəziyyətini yuxarıdakı şəkillərlə müqayisə etsək. Yuxarıdakı şəkillərin mövcud reallığı əks etdirmədiyini görürük.

Törətdikləri cinayəti Azərbaycan Ordusunun ayağına yazmaq üçün dəlil kimi təqdim etdikləri bu şəkil, birinci Qarabağ müharibəsindən sonra kilsənin təmiri ərəfəsində çəkilib. Bunu təyin etmək üçün mütəxəsis olmağa ehtiyac yoxdur. Divarların tökülmüş malaları, müqəddəslərin rəngi solmuş və yararsız hala düşmüş portretləri bizim dediklərimizi sübut edir. 1992-ci ildə erməni millətçiləri kilsənin giriş və çıxış qapılarını söküb Ermənistana aparmışdılar. Lakin ermənilər bu şəkili mətbuata təqdim edərək oktyabr ayının 8-də kilsənin qapısını Azərbaycan Silahlı Qüvvələrinin atdığı mərmi nəticəsində dağıldığını iddia edirlər. Əgər bu iddia doğrudursa o zaman qapının qırıqları yerdə atılmış vəziyyətdə olmalı idi. O zaman bəs nədən qapının qalıqları tullantıların içərisində görünmür? 


Bir mərmi oyuğundan bu qədər tullantının yerə tökülməsini iddia etmək, ağılasığmaz yalandır. Eyni zamanda döşəmədəki daşların ölçüləri və qum qalıqları, bu tullantıların tavandan tökülmədiyini sübut edir.

Kilsənin tavanında açılan bu mərmi oyuğu birinci Qarabağ müharibəsinə aiddir. O dövrdə kilsənin tavanından, içərisinə düşən mərmi yanğın törətmiş, bunun da nəticəsində kilsənin divarları və qübbəsini his basmışdı.


Ermənilər çaşqınlıqdan ya nədənsə ikinci daha fərqli mərmi oyuğunu real hadisənin sübutu kimi təqdim edirlər. Halbuki onlar kilsəyə yalnız bir mərmi düşdüyünü deyirdilər. Halbuki interyerdə görünən bu müdaxilə və rəngin fərqliliyi, bu oyuğun illər öncə baş verdiyini diqtə edir.

 Ermənilər iddia edirdilər ki, Azərbaycanın silahlı qüvvələri tərəfindən atılan raket nəticəsində kilsədə qadın və uşaqlar yaralanıblar. Şəkildən məlum olur ki, bu da 1992-ci ildə çəkilmiş bir fotodur. Eyni zamanda kilsədə yaralanması iddia olunan insanlar bu fotoda hansısa yaralını kilsdən bayıra çıxarmır. Əksinə bayırdan kilsəyə daşıyırlar.

 Bu şəkil təqribən 10 il əvvəl kilsənin sonuncu təmiri dövrü çəkilib. Bu şəkil də ermənilərin saxta dəlillərinin sırasında yer alıb. Gördüyünüz kimi bu fotoda ot prtüyü kilsənin giriş qapısına qədər uzanır hələ ləğv edilməyib, divara söykənən pilləkən, kilsənin içərisində görünən insan siluetləri, pəncərə şüşələrinin qırıntılarının yerdə görünməməsi, kilsə ətrafındakı cığırların hələ asfaltlanmaması bu şəkilin 2020-ci ilə aid olmadığını göstərir. Sübut üçün biz 2020-ci ilin sentyabr ayında çəkilmiş fotoşəkillə müqayisə etsək bu fərqi biz asanlıqla görə bilərik.

 

Şuşa sentyabr 2020-ci il

 Ermənilərin əleyhimizə təqdim etdikləri bu şəkil kilsədə deyil, zirzəmidə çəkilib.

 Kilsəyə aid bu saxta dəlildə reallıqdan çox uzaqdır. Foto kilsənin təmir dövrü çəkilib.