Çapa göndər
Hikmət Hacıyev: “Mənim adımdan sosial şəbəkələrində saxta profillər yaradılır”

11 oktyabr 2020 - 15:37

 “Bildirirəm ki, son dövrlərdə mənim adımdan facebook, Instagram və Twitter sosial şəbəkələrində saxta profillər yaradılır”.

 

Bunu Azərbaycan “Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.


H.Hacıyev bildirib ki, bunun arxasında erməni dairələrinin olması istisna deyildir: “Mən yalnız twitter sosial şəbəkəsində @hikmethajiyev hesabından Istifadə edirəm”.