Çapa göndər
Yanğın baş verən ərazidə monitorinq və araşdırmalara başlanılıb

09 oktyabr 2020 - 15:04

Bu  gün saat 17:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azkompozit” zavodunun həyətində toplanmış müxtəlif tərkibli materialların alışması nəticəsində güclü yanğın hadisəsi baş verib.


ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, ətrafa və atmosferə yayılması ehtimalı  olan tullantıların tərkibini və həcmini müəyyən etmək üçün monitorinqlər keçirilir. Nəticələr barədə əlavə məlumat veriləcək.