Çapa göndər
Gülağa Tənha Yolu davam etdirənlər...

09 oktyabr 2020 - 20:08

Xeyriyyəçi - şair Gülağa Tənhanın vətənpərvər şeirlərini təqdim etməyə davam edirik.


Gülağa Tənha " Can, Vətən ! "

Dizimin taqəti, gözümün nuru,
Sevgimin əzəli odu – Vətəndi!
Tanrı ruzisidi, bərəkətimdi,
Tamımdı, ağzımın dadı Vətəndi!
Vətəndi ömrümə yazılan anlar,
İlimin, ayımın adı – Vətəndi!
Vətən,
tamahının qulu olanlar
Sənin dar günündə,
ağır günündə
Yel əsən tərəfə əsib getdilər,
İlimdən ayımı kəsib getdilər.
Haqq deyən dilimə düyün vurdular,
Coşan harayımı kəsib getdilər.
Getdilər, Bakıdan Qarabağacan
Yollara, izlərə dərd ələdilər.
Səngərdən o yana boylanmadılar,
Xalqın inamını güllələdilər.
Heysiyyət kürkünü günün birində
Nimdaş paltar kimi atıb gəldilər.
Laçında, Ağdamda halal sevgidən
Xəyanət ocağı çatıb gəldilər…
Şuşa Qarabağın həmayiliydi,
Getdilər, Şuşanı satıb gəldilər…
Onların odundan köz götürənlər
Yaman qısqanırlar mənim sevgimə,
Qənim kəsiliblər qənim, sevgimə.
Qoymurlar göyümü, yerimi sevim,
Sən mənim qibləmsən, qibləgahımsan,
Qoymurlar sən adda pirimi sevim.
Qoymurlar mən səni sən kimi sevim!
Vətən, Vətən…
Can, Vətən…


 

 

            Müharibənin 13 – ci günü. Azərbaycan Ordusu irəlləməkdədir. Bu gün səhər Müdafiə Nazirliyimiz xəbər verdi ki,  Ermənistan Ordusu Xankəndi tərk edir. Buna baxmayaraq düşmən dinc əhaliyə ziyan verməkdə davam edir. Bu gedişatda yerli sakinlərimizdən dünyasını dəyişən və xeyli yaralananlar var. Statistik göstəriciyə görə 1054 evə ziyan dəyib. Onlar bunu ona görə edirlər ki, biz atəşin gələn nöktələrini vuraq, bununla da digər güc ölkələrini müqavilələrinə əsasən bizim üzərimizə yönəltsinlər. Ağıllı Azərbaycan Ordusu bunu bilir və bu kimi gedişatların qarşısını almaq üçün tədbirlər görür. Cəbhə bölgəsində şiddətli döyüşlər davam etməkdədir. Bu gün Rusiya Prezidentinin təklifi ilə Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri Moskvaya, danışıqlara dəvət ediliblər. Rusiya mətbuatı bildirir ki, cənab Putin hər iki tərəfə döyüşləri dayandırıb, həlak olmuş əsgər və zabitlərin götürülməsini təklif edib.  Xarici mətbuatda yazılanlardan məlum olur ki, düşmən tərəfdən döyüşən əsgərlərin çoxundan xəbər olmadığı üçün onların yaxınları bundan çox narahatdırlar və bu səbəbdən  nazirliklərinə durmadan məktublar, zənglər və etirazlar edirlər.  Bununla Rusiyanın təklifi hardan qaynaqlandığı məlum olur. Döyüş prosesinə gəldikdə isə böyük imperiyanın rəhbərinə neytral dayandığı üçün təşəkkür düşür. Bir də dünənki çıxışıda xüsusi bir fikir bildirdi, təxminən belə səslənirdi: Nə qədər ki, Dağlıq Qarabağda müharibə gedir, biz bu prosesə qoşulmayacağıq, çünki bu müharibə Azərbaycan ərazisində gedir. Bu  Rusiya Prezidentinin açıq aşkar Qarabağ Azərbaycanın olduğunun təsdiq etməsidir. Vladimir Putin özü şəxsən döyüşçü ruhunda yetişən, şərq əlbəyaxa döyüş sirlərinə yeyələnən və o kodekslərlə uğur əldə edən insandır. İnanırıq ki, o, əsl döyüşçü kimi daim ədalət tərəfində olacaqdır. Azərbaycan Ordusu Qarabağı azad edəndən sonra isə yenidən qurulmuş Şuşamızda onu bütün Azərbaycan idmançı və BUDO yolunu davam etdirənlər adından dəvət edərək,  Cıdır düzündə ustad dərsi keçməsi üçün təşrif buyurmasını diləyirik!  


 

 

 

https://m.youtube.com/watch?v=siGMosSyc5k  ifa edir: Ülviyyə bala

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyri]yyeci #mahnı #Qarabağ