08 oktyabr 2020 - 15:12
Xeyriyyəçi-şair Gülağa Tənhanın " O tənha kənd mənimdir" vətənpərvər şeirini təqdim edirik!
O TƏNHA KƏND MƏNİMDİ
Ocağı qalanmayan
O tənha kənd mənimdi.
İşıqları yanmayan,
O tənha kənd mənimdi.
Dəli intizar baxır,
Hələ dözüm var, baxır…
Bağlı qapılar baxır,
O tənha kənd mənimdi.
Neçə cığır, iz qalıb,
Növbəsiz kəhriz qalıb…
Təndir çörəksiz qalıb,
O tənha kənd mənimdi.
Talana aldandı o,
Qalana aldandı o,
Yalana aldandı o,
O tənha kənd mənimdi.
Dilə gəlir dərd-azar,
Dərd üstündən dərd yazar…
Böyüyür məzar-məzar,
O tənha kənd mənimdi.
Gedib gözünün ağı,
Dərddən əyilib dağı.
Ona çəkmişik dağı,
O tənha kənd mənimdi.
Sorğu-sualdı yoxsa,
Şirin xəyaldı yoxsa,
Dərddi, məlaldı yoxsa? –
O tənha kənd mənimdi.
Çəkilən aha baxın,
Tutqun sabaha baxın,
Bunca günaha baxın,
O tənha kənd mənimdi…
Gələcək tarix üçün: II hissə
Bu gün müharibənin 12 ci günüdür! Dünən sosial şəbəkələrdə Cəbrayıl rayonunda Azərbaycan Ordusunun igidləri şanlı üç rəngli bayraqmızı başlarının üstünə qaldırıb dalğalanması kadrlarını gördük. Yeddi yaşında Kamal Qənbərov doğma torpaqlarından məcbüri köçürülərək həsrətinə son qoymaq üçün ümudlə hərbiçi olmağı seçir və 27 il sonra polkovnik leytinant olaraq doğma diyarına qayıdıb. Bu günün ikinci fotorəsmi idi. Zabitmizin həyətlərindəki nar ağacının qarşışında şəkil çəkdirməsi növbəti tarixi hadisəsi və ilahi ədalət sayılır. Yəni “Ədalət gec-tez zəfər çalır!” - kəlməsi, bu yerdə öz təsdiqini tapır. Ordumuz döyüş bölgəsində, biz də mediya sahəsində döyüşürük. Gözümüzə yuxu getmir, dünyanın müxtəlif yerlərində yayımlanan saytların xəbərlərini izləyirik. Ermənilər yalan məlumat yayaraq yenə bizi günahlandırırlar ki, guya biz dinc əhaliyə atəş açırıq. Qətiyyən elə deyil! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə Ermənistan əhalisinə, Qarabağda yaşayan erməni sakinlərinə müraciət edərək, döyüş bölgələrindən müvəqqəti olaraq getmələrini xəbərdarlığını bildirib. Qarabağ doğma sahiblərinə, Azərbaycana qaytarılandan sonra onlar yenidən hal-hazırda yaşadıqları evlərə qayıda biləcəklərini bildirib. Dünən gecə Nikol Paşinyanın rusiyalı jurnalistə verdiyi müsahibədə bildirdi ki, geri çəkilmələri düşünülmüş və taktiki gedişatdır. Bu kəlmələrlə erməni xislətini bir daha işə salaraq hər durumda özlərinin xeyrinə fikir bildirmələri insanı heyrətləndirir. Azərbaycan Müdafiə Nazirliyi saytlara cavab olaraq bildirir ki, bu xəbər ermənilərin növbəti yalanıdır. Düşmən ordusu döyüşçülərimizlə döyüşməyə gücü, cəsarəti çatmadığı üçün Tərtər, Ağdam, Goranboy rayonlarımızın kəndlərini ağır artilleriya atəşinə tutur. Nəticədə yaşayış evləri dağıdılır, ölən və yaralananlar var. Gedişat çətin olsa da Azərbaycan Ordusu qarış –qarış irəlləyir və bu yolda hər bir döyüşçümüzə Allahdan güc-qüvvət, salamatlıq diləyirik! Yapon döyüş sənətinin ən-ənəsində, təxminən deyildiyi kimi, Qələbəyə qədər heç bir halda boşalmaq olmaz!
https://m.youtube.com/watch?v=Txtjt3sNNYg
Xeyriyyəçi – şair Gülağa Tənhanın sözlərinə yazılmış “Sarı bülbül” mahnısını təqdim edirik. Bundan sonra kədərli mahnılara son, yeni qələbə mahnıların yazılması diləyilə! Bəstəkar: Əməkdar incəsənət xadimi Ramiz Mirişli, ifa: Xalq artisti Azər Zeynalov.
#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенхa
hazırladı: Ağa Mühəmməd Aman