09 oktyabr 2018 - 18:22
İqtisadi artım 3.7 faiz təşkil edəcək
Beynəlxalq Valyuta Fondu cari və gələn il üçün dünya iqtisadiyyatının artım proqnozunu aşağı salıb.
Fondun hesablamalarına görə, dünya üzrə ümumdaxili məhsulun həcmi 3.7 faiz təşkil edəcək.
Bu, əvvəlki 3.9 faizlik proqnozdan 0.2 faiz azdır.
Fondun hesabatında qeyd olunur ki, azalmaya səbəb dünya iqtisadiyyatında müşahidə olunan “ticarət müharibələri”, o cümlədən, Amerika Birləşmiş Ştatları ilə Çin arasında bu istiqamətdə artan gərginlikdir.
“Qlobal miqyasda ticarət müharibəsi və ticarət rüsumları artıma kömək etmir, əksinə, mənfi təsir göstərir. İnanırıq və ümid edirik ki, problemin həllində ağıl qalib gələcək”. Beynəlxalq Valyuta Fondunun rəhbəri vəziyyəti belə şərh edib.
Fond ticarət əlaqələrində gələcəkdə baş verə biləcək təzadların və gərginliyin davam etməsi nəticəsində 2020-ci ilə qədər dünya üzrə ümumdaxili məhsul həcminin daha 0.8 faiz azalmasına səbəb olacağını proqnozlaşdırıb.