Çapa göndər
Şahmatçımız Cahangir Azadəliyev yeniyetmələrin Avropa çempionudur (AZpressAZ) İNTİQAM Məmmədov

22 sentyabr 2020 - 16:10

18-20 sentyabr günlərində 8 yaşdan 18 yaşadək olan oğlan və qızlar arasında şahmat üzrə onlayn Avropa çempionatı keçirilib. Azərbaycan şahmatçıları da daxil olmaqla 750 nəfərin iştirak etdiyi bu çempionatda təmsilçilərimiz biri qızıl, digəri bürünc əyarlı olmaqla 2 medal qazanıblar. Qızıl medalı 12 yaşa qədər oğlanlar arasında çıxış edən və son turda rumıniyalı Flipp Maqoldanı udmaqla xallarının sayını 8-ə çatdıran Cahangir Azadəliyev qazanıb. İkinci dəfə Avropa çempionu adını qazanan Cahangir ən yaxın izləyicisi olan polşalı Yakub Şimanı yarım xal geridə qoyub. Yeri gəlmişkən, o 8 yaşaında Latviyada Avropa birincisi, İspaniyada isə dünya ikincisi olub. "Bürüncü" isə 18 yaşlılar arasında mübarizə aparan Ləman Hacıyeva qazanıb.Finiş də erməni Anait Mkrtçanı məğlub edən Ləman aktivindəki xalların sayını 7-yə çatdırıb ki, bu da ona ilk üçlüyü tamamlamaq imkanı verib. Daha iki təmsilçimiz - Raid Səmədov (14 yaş) və Əhməd Əhmədzadə (16 yaş) hərəyə 7 xalla 4-cü olub.
İNTİQAM Məmmədov