Çapa göndər
BOKT-un istiqrazlarını 1 investor aldı

09 oktyabr 2018 - 12:24

08 oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasında “BOKT Embafinans MMC”-nin  AZ2001020604  ISIN-li, 2 milyon manat həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

 

Bİ.az-a Birjadan verilən məlumata görə, yerləşdirmə zamanı hərrac qiyməti 1000 manat olub. 1 investor tərəfindən 1 sifariş təqdim edilib.

 

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2 milyon manat olub.

 

 İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 2 milyon manat təşkil edibdir.

 

İstiqrazların ödəmə tarixi 8 oktyabr 2019-cu ildir.