Çapa göndər
Ay Nadir, Toxun acdan xəbəri olmaz

11 sentyabr 2020 - 11:23

Bu avtobusda bir toyxanalıq adam var. Yəni virus bu adamlardan qorxur deyə avtobusa daxil olmur, ya necə? Bu sözləri sosial şəbəkə hesabında müğənni Nadir Qafarzadə avtobuslardakı sıxlıq barədə yazıb. Avtobusdan görüntülər paylaşan ifaçı sərnişinlərin sıxlığından gileylənib.

AZpress.AZ xəbər verir ki, məsələ ilə bağlı “yenisabah.az”a danışan müğənni metronun açılıb-açılmamasının onun üçün əhəmiyyət kəsb etmədiyini deyib: “Mən metrodan istifadə etmirəm, nəyimə lazımdır? Heç açılmasın. Mən ümumiyyətlə ictimai nəqliyyatdan istifadə etmirəm”.

REDAKTORDAN:

Bu yerdə Nadir kimilər üçün M.Ə.Sabir yaxşı deyib:

MİLLƏT NECƏ TARAC OLUR OLSUN, NƏ İŞİM VAR...

 

 ***

 

Fürsətdən istifadə edib, böyük şairin sənin kimilər üçün yazdığı bu şeiri tam versiyada veririk.Oxu bala, oxu! Xüsusən sənə aid olan yerləri qeyd edirik ki, bəlkə tez anlayasan, sən kimsən...

 

Salma yadıma söhbəti tarixi cahanı,
Əyyami-sələfdən demə bir sözdə filani,
Hal isə gətir meyl eləyim dolmanı, nani,
Müstəqbəli görmək nə gərək, ömürdü fani;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

 

Övladi vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim uçalsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

 

Hər millət edir səfheyi-dünyada tərəqqi,
Eylər hərə bir mənzili-məvada tərəqqi,
Yorğan-döşəyimə düşə gər yadə tərəqqi,
Bizdə edərik aləmi-röyada tərəqqi;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!