06 sentyabr 2020 - 14:37
Xeyriyyəçi-şair Gülağa Tənhanın “Mən Allah adamıyam” kitabının təqdimat mərasimi. Çıxış üçün söz verilir müxtəlif illərdə Prezident Mükafatına layiq görülmüş, aktyor Elşən Cabrayılova. O, Gülağa Tənhanın “Mən zəvvaram” şeirini səsləndirir. Həmin videoçarxı link bölməsində izləyə bilərsiniz.
MƏN ZƏVVARAM
Mənə «Niyə ziyarətə getmirsən?» deyənlərə
Anaların gözündən
Dərdi silə bilməsəm,
Oğul itirənlərə
Oğul ola bilməsəm
Getmərəm ziyarətə!
Gəlinlərin göz yaşı
Üzünü yandırırsa,
Nakam gedən igidin
İzini yandırırsa,
Getmərəm ziyarətə!
Mənim xalqım, millətim
Ağ günə çıxmayınca,
Düşmənlərə kinimiz
Şimşək tək çaxmayınca
Getmərəm ziyarətə!
Gözsüz qalan körpəyə
Göz olmaqdı ziyarət,
Sözü donan dillərə
Söz olmaqdı ziyarət.
Ayaq itirənlərə
İz olmaqdı ziyarət!
Köməksizin əlindən
Yapışmaqdı ziyarət,
Kinlə, böhtanla, şərlə
Çarpışmaqdı ziyarət!..
…Kim ziyarət edirsə
Onun ilə varam mən!
Mən Allah adamıyam,
İmanlı zəvvaram mən!..
Bakı, may, 2003
#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #kitab #təqdimatı #şeir #sheir #maxni #mahni #muğam #qiraət #qiraet #Mən #Allah #adam #muğamklub #Elşən #Cabrayılov #2004