Çapa göndər
Mədəniyyət Nazirliyində kadr islahatları davam edir

02 sentyabr 2020 - 23:33

Ölkəmizdə mədəniyyət siyasətinin məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, mədəniyyət sahəsinin idarə edilməsində insan resursları ilə iş mexanizminin müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə sisteminin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması məqsədilə Mədəniyyət Nazirliyində həyata keçirilən kadr islahatları davam edir.
 


Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Hüseynbəyli Zemfira Qüdrət qızı Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.



Zemfira Hüseynbəyli 1990-cı ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr (fərqlənmə), 2012-ci ildə Birləşmiş Krallığın Kingston London Universitetinin “Beynəlxalq biznesin idarə edilməsi” ixtisası üzrə magistr (fərqlənmə) dərəcələrini alıb. Londonun “CİPD” institutunun “İnsan resurslarının idarə edilməsi” ixtisası üzrə beşinci dərəcəli diplomunu, Corc Vaşinqton Universitetinin “Layihələrin idarə edilməsi” proqramı üzrə magistr sertifikatını əldə edib. İnsan resurslarının idarə edilməsi üzrə müxtəlif seminar və konfrasların iştirakçısı və təşkilatıçısı olub. BMT-nin strukturlarında təcrübə proqramı keçib.  
 


Əmək fəaliyyətinə 2012-ci ildə Bakı Nobel İrsi Fondunda ictimaiyyətlə əlaqələr üzrə nümayəndə vəzifəsində başlayıb. 2014-2018-ci illər ərzində “BP” neft şirkətinin subkontraktoru olan “Titan D” şirkətində insan resursları üzrə baş mütəxəssis vəzifəsində çalışıb, Azərbaycan Dövlət Neft şirkətində insan resursları üzrə aparıcı mütəxəssis işləyib. 2019-cu ildə SOCAR Azneft İstehsalat Birliyinin (İB) İnsan Resursları Departamentinin rəis müavini vəzifəsinə (2019) təyin edilib. Azneft İB-də “İnsan resurslarının transformasiyası” layihəsinin icraçısı, təlim və inkişaf proqramlarının rəhbəri olub.
 


İnsan resurslarının idarə edilməsi üzrə müxtəlif təlim proqramlarının müəllifidir.

İngilis, rus, türk dillərini bilir.