Çapa göndər
Rəcəbovla Məmmədyarov əvvəlki mövqeyində qalıb (AZpressAZ) İNTİQAM Məmmədov

02 sentyabr 2020 - 23:30

Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünya şahmatçılarının yeni reytinq (klassik rapod və blits şahmat) cədvəlini elan edib. Dünya Şahmat Tacının hazırki sahibi olan norveçli Maqnus Karlsenin () liderlik etdiyi klassik şahmat üzrə reytinq cədvəlinin Top-100-dğ cəmi 5 şahmatçımız yer alıb ki, onların arasında da ən yaxşı göstərici yenə də Teymur Rəcəbova məxsusdur. Aktivində 2765 xalı olan Teymur bu dəfə də Top--un 9-cu pilləsindədir. Ötən illərdə hətta cədvəlin 2-ci pilləsinə qədər qalxan Şəhriyar Məmmədyarovsa (2764) 11-ci pillədəki mğvqeyində qala bilib. Toip-100-dəki digər təmsilçilərimizə gəlincə, Qədir Hüseynov (2665) 71-ci, Nicat Abbasov (2664) 73-cü, Rauf Məmmədovsa (2654) 92-ci yerdədir. Qadınlarımıza gəlincə, Top-100-də cəmi üç şahmatçımız yer alkıb ki, onlardan da Günay Məmmədzadə (2443) 23-cü, Gülnar Məmmədova (2382) 73-cü, Xanım Balacayeva (2376) isə 83-cüdür.
Rapid şahmat növü üzrə kişilərin cədvəlində Şəhriyar Məmmədyarov (2761) 14-cü, Teymur Rəcəbov (2758) 15-ci, Eltac Səfərli (2693) 46-cı, Qədir Hüseynov (2692) 48-ci, Rauf Məmmədovsa (2691) 49-cu yerdədi. Zərif cinsdən olanlarımızdansa Gülnar Məmmədova (2400) 25-ci, Ülviyyə Fətəliyeva (2310) 71-ci, Günay Məmmədzadə (2280) 93-cüdür.
Amerikalı Xikaru Nakamuranın (2900) liderlik etdiyi blits üzrə reytinq cədvəlinə gəlincə, burada yer alan kişi təmsilçilərimizdən Rəcəbov (2760) 17-ci, Məmmədyarov (2716) 32-ci, Məmmədob (2660) 65-ci, Səfərli (2634) 94-cü yeri tutur. Qadın şahmatçılarımızdan isə Məmmədova (2328) 35-ci, Türkan (2263) və Zeynəb (2250) Məmmədyarova bacıları müvafiq olaraq, 74 və 85-ci, m) isə 93-cü pillədə qərarlaşıb. Мəmmədzadə (2242) 90-cı, Ülviyyə Fətəliyevasa (2240) Top-100-də 92-ci yerdədi.
Kişilərin klassik şahmat nəüvü üzrə reytinq cədvəlində Top-10-unda vəziyyət belədir: 1. Maqnus Karlsen (Norveç, 2863), 2. Fabiana Karuana (ABŞ, 2835), 3. Dinq Lijen (Çin, 2791), 4.Yan Nepomniyaşiy (Rusiya, 2784), 5.Maksim Vaşye-Laqrav (Fransa, 2778), 6. Aleksandr Qrişuk (Rusiya, 2777), 7. Levon Aronyan (erməni, 2773), 8. Uesli So (ABŞ, 2770), 9. Teymur Rəcəbov (Azərbaycan, 2765), 10. Aniş Qiri (Hollandiya, 2764).
Yığma komandaların reytinq cədvəlində isə Azərbaycan Top-10-nun 7-cisidir. Vəziyyət belədir: 1. Rusiya - 2730 xal, 2. ABŞ - 2716 xal, 3. Çin - 2702 xal, 4. Hindistan - 2668 xal, 5. Ukrayna - 2662 xal, 6. Ermənistan - 2660 xal, 7. Azərbaycan - 2645 xal, 8. Macarıstan - 2644 xal, 9. Fransa - 2641 xal, 10. Polşa - 2634 xal.
İNTİQAM Məmmədov