Çapa göndər
45 il əvvəl yaşanan neft böhranı təkrarlanacaqmı? - AÇIQLAMA

04 oktyabr 2018 - 15:09

İranla yaranmış vəziyyətə görə dünyada yeni neft böhranının baş verməsi ehtimalı azdır.

1973-cü ildə yaşanan böhran çətin ki, bir daha təkrarlansın.

Bİ.az xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

“Düşünürəm ki, 1973-cü illə müqayisədə indi vəziyyət fərqlidir. İndi tələb və təklifin nizamlanması üzrə mexanizmlər var. Ola bilsin ki, bu, müəyyən vaxt tələb edir. Lakin indi vəziyyət daha stabildir”. Novak belə deyib.

Novak izah edib ki, hazırda dünyada gün ərzində 100 milyon barel neft istehsal olunur. İrana qarşı tətbiq olunan sanksiyalar nəticəsində isə, neft istehsalının həcmi 2.7 milyon barel azala bilər.

Qeyd edək ki, 45 il əvvəl 1973-cü ilin oktyabr ayında ərəb ölkələri İsraillə müharibə fonunda ABŞ-a neft təchizatına qarşı embarqo tətbiq etmişdi. Nəticədə neftin qiyməti kəskin bahalaşmışdı.