Çapa göndər
“Rabitəbank” pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək olmağa davam edir

26 avqust 2020 - 17:46

Azərbaycanın aparıcı biznes banklarından biri olan “Rabitəbank” ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa dair razılaşma imzalayıb.
 


Razılaşmaya əsasən ölkəmizdə kiçik və orta bizneslərə dəstək proqramının icrasına başlanılıb. Proqram çərçivəsində “COVİD-19” pandemiyasından zərərçəkmiş və biznes kreditlərinin ödənilməsində çətinlik yaşayan sahibkarlara subsidiyaların və zamənatlərin verilməsi nəzərdə tutulur. Dəstək proqramından “Rabitəbank”ın həm yeni, həm də cari müştəriləri faydalana bilərlər.
 


Sahibkarlar banka gəlmədən, Sahibkarlığın İnkişaf Fondunun Elektron Kredit Platformasına  (https://e-edf.gov.az/#/) daxil olaraq “Rabitəbank”dan güzəştli biznes krediti əldə etmək üçün müraciət edə bilərlər. Bankdan alınacaq biznes kreditinin faizlərinin yarısı subsidiyalaşdırılaraq kreditin 60%-dək hissəsinə isə dövlət zəmanəti veriləcək. Kreditin müddəti 3 ilədək, güzəşt müddəti 12 ayadək, təklif olunan kreditin məbləği isə maksimum 3 000 000 AZN-dir.



“Rabitəbank”dan təklif olunan biznes kreditləri biznesdə yaranmış durğunluğu aradan qaldırmaq, post-pandemiya dövründə bizneslərin davamlı inkişafına stimul yaratmaq üçün əla fürsətdir.  



"Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil tətbiqi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.