Çapa göndər
Bank VTB (Azərbaycan)-ın Visa kart istifadəçiləri üçün sərfəli təklif

25 avqust 2020 - 17:35

Bank VTB (Azərbaycan)-ın Visa kart sahibləri “Yayı endirimlərlə yola salın” aksiyası çərçivəsində AliExpress vasitəsi ilə alış-veriş zamanı 5 dollaradək endirim kuponu əldə edəcək. Bu güzəşt AliExpress saytı və ya əlavəsindən 3 dollardan başlayan ödənişlər üçün nəzərdə tutulub. Endirim avtomatik olaraq hesablanır və tətbiq olunur. Aksiya 28 avqust 2020-ci il tarixinədək  qüvvədədir. 
 

Xatırladaq ki, bank VTB (Azərbaycan)-ın Visa kart sahibləri üçün www.trendyol.сom
İnternet-mağazasında da sərfəli təklif mövcuddur. Onlar  600 TL və daha çox məbləğdə alış-veriş edərkən 60 TL endirim qazanır. Kampaniya  5 oktyabr 2020-ci il tarixinədək qüvvədədir.
 

Visa Direct Premium kart istifadəçiləri üçün aksiyalar çərçivəsində alış-veriş etmək isə ikiqat sərfəlidir. Bu kart ilə ödəniş zamanı xərclənən məbləğin 0,5% geri qayıdır.
 

VTB (Azərbaycan)-ınaksiyaları barədə ətraflı məlumatı bankın saytından əldə etmək mümkündür.