17 avqust 2020 - 12:26
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xızı rayonu Giləzi qəsəbəsində fəaliyyət göstərən 1 saylı Yol İstismarı İdarəsinə məxsus asfalt-beton qurğusundan atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.
Xidmətin rəis müavini Ramal Bağıov bildirib ki, faktla bağlı idarənin məsul şəxsi Hidayət Rzayev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub.
Təmizləyici qurğunun quraşdırılması üçün idarəyə icrası məcburi olan “məcburi göstəriş” verilib”.