Çapa göndər
Antonio Konte "Yuventus"a dönmək istəyir (AZpressAZ) İNTİQAM Məmmədov

05 avqust 2020 - 18:56

2019\2020-ci il mövsümündə İtaliya A seriyasını 82 xalla ikinci pillədə başa vuran "İnter" klubunun baş məşqçisi Antonio Konte iş yerini dəyişmək istəyir. "La Repubblica"nın yaydığı məlumata görə, 51 yaşlı mütəxəssis 2011/2014-cü illər mövsümündə çalışdırdığı və cari mğvsümü 83 xalla çempion kimi başa vuran "Yuventus"a dönmək istəyir. Xəbərdə deyilir ki, Konte bir nrçə həftə öncə "Yuve"nin hazırkı və sabiq oyunçuları ilə əlaqə saxlayıb və klubun gələcəyi ilə maraqlanıb. O, eyni zamanda "Qoca Sinyora"nın hazırki baş məşqçisi Mauritsio Sarrinin də gələcəyi ilə bağlı məlumat toplayıb. Xatırladaq ki, Konte hələ ötən mövsüm "Yuve"nin başına keçmək istəyirdi. Hətta onun namizədliyi klubun idman direktoru Fabio Paratiçi və vitse-prezident Pavlo Nedved tərəfindən razılıqla qarşılanmışdı. Lakin, klubun sahiblərinin razılığa gəlməməsi məsələninin üstündən veto çəkdi. İndi isə Konteni "İnter"in rəhbərliyi buraxmaq istəmir. Klubun prezidenti Stiven Çjan onun Avropa Liqasının sonunadək "İnter"də qalmasını istəyir. Az öncə Konte klub rıhbərliyinin ünvanına tənqidi sözlər dediyi üçün onun işindən gedəcəyi və Massimiliano Alleqri və ya Maurisio Poçettino ilə əvəzlənəcəyi bildirilirdi. İndi isə .... Yeri gəlmişkən, Konte "Yuventus"a başçılıq etdiyi 2011\2014-cü illərdə klub 3 dəfə A seriyasının, iki dəfə isə İtaliya Superkubokunu udub.
İNTİQAM Məmmədov