Çapa göndər
Gülağa Tənha Qurban bayramı II hissə

01 avqust 2020 - 15:00

Bu gün Müqəddəs Qurban Bayramının ikinci günüdür. 
Xeyriyyəçi – şair Gülağa Tənha Azərbaycan xalqını təbrik! Video matrealda göründüyü kimi Gülağa Tənha xarici ölkədə yaşasa da nümayəndələri tərəfindən qurbanlar kəsdirilib, ehtiyacı olan ailələrə təqdim olunur.

 


Yeri gəlmişkən gəlin bu müqqəs Qurban bayramının şərtlərini gözdən keçirdək:
Qurban kəsmək ibadətin bir növüdür: «Rəbbin üçün namaz qıl və qurban kəs!» («əl-Kövsər» surəsi, 2-ci ayə) - «Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər («bismilləh» desinlər) » ( «əl-Həcc» surəsi, 34-cü ayə)

Qurbanlıq: Dəvə, öküz, keçi, qoç və ya qoyun.

7 nəfər və bundan az pul qoyub 1 dəvə və ya 1 öküz kəsə bilər. Bu halda həmin qurbanlığın alınması üçün pul qoyan şəxslərin 7-si də qurban kəsmiş sayılır. Keçi, qoç və qoyun isə yalnız bir nəfərin pulu ilə kəsilməlidir.

Kəsilən qurbanlıq üçün qoyulan şərtlər:

a) qurbanlıq heyvan halal pul ilə alınmalıdır;
b) şəriətin göstərdiyi heyvan cinsindən olmalıdır. (yəni, xoruz, dovşan və s. olmamalıdır;)
v) kəsilən heyvanın yaşı nəzərə alınmalıdır, yəni:
•dəvə: 5 illik;
•öküz: 2 illik;
•keçi: 1 ilik;
•qoç və ya qoyun: 6 aylıq.

- qeyd olunan yaşdan çox olan heyvanı da qurban kəsmək olar.

Qurbanı kəsən şəxs ağlı-başı yerində (müsəlman, yahudi, xristian), bıçağı iti olmalıdır.Üzü qıblaya, səliqəli, Allahın adıyla, niyyətlə: “Bismilleh”, “Allahu əkbər” deyilərək kəsilib, qanı axıdılmalıdır. Ən əsaslardan biri də “Bayram namazı” qılındıqdan sonra kəsilməlidir. (Namaz qılmayan şəxs də bayram namazının qılınıb qurtarmasını gözləməlidir.) Peyğəmbərmizin təxminən belə bir hədisi var: “Kim ki, bayram namazından əvvəl qurban kəsibsə gedib yenidən kəssin...”
Qurban kəsildikdə bəyənilməyən əməllər:

•bıçağı heyvana göstərmək və ya onun gözünün qabağında itiləmək;
•bir heyvanın gözünün qabağında o birisini kəsmək;
•kəsilmiş heyvanın canı çıxmamaış hər hansı bir əzasını sındırmaq və s. bu kimi əməllərlə heyvana əziyyət vermək;

 

- Biz vasitəçi olaraq bayramın bir neçə, əsas, əxlaqı şərtlərini bir daha sizə xatırlatdıq. Necə deyərlər: bilənlər xatırlamış, bilməyənlər isə öyrənmiş oldu. İndi isə sizə kənd sakinlərinin xeyriyyəçi – şair Gülağa Tənha haqqında dediklərinin davamını təqdim edirik.

 I - hissə  http://canveten.az/az/news/id-4991

 

  1 avqust həm də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür!... Bayramınız mübarək!