Çapa göndər
Ağsuda oğurluq edən qəssab tutuldu

11 iyul 2020 - 16:22

 Ağsu Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri onlara məxsus, ümumilikdə 12 baş iribuynuzlu mal-qaranın müxtəlif vaxtlarda naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Famil Məmmədov saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı heyvanlardan 10 baş iribuynuzlu mal-qara götürülərək, sahiblərinə qaytarılıb.

Rayonda qəssablıq fəaliyyəti ilə məşğul olan F.Məmmədov iki baş iribuynuzlu mal-qaranı kəsərək, satdığını bildirib.

Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.