05 iyul 2020 - 16:25
Mais, səni düz 20 ildir pozitiv insan kimi tanıyıram.
Bu dəfəki “pozitiv” xəbərinsə heç yaxşı olmadı. Sənə və ailə üzvlərinə şəfa diləyirik.
Bu, həm də, hər birimizə növbəti xəbərdarlıq, növbəti SOSdur.
Yoluxma ehtimalının bu qədər yüksək olduğu bir vaxtda, gərək məsuliyyətimizi daha da artıraq.
Hələ də inanmaq, inanmamaq, illuziya və oyun deyə müzakirələr aparanlar, xahiş edirəm özünüzü və beləliklə hər birimizi qoruyun.
Gigiyena qaydalarına, təmizliyə əməl etmək ənənəsi axı bizə həm dinimizdən, həm də dədə babalarımızdan qalan bir vərdiş, həyat tərzidir. Sadəcə bu məqamlara indi daha çox diqqət etməliyik.
Mən elə bir həmyerlimi tanımıram ki, əllərini yumamış süfrəyə əyləşə. Amma indi bütün mümkün hallarda bunu etmək lazımdır. Məsafə saxlamaq, maska istifadə etmək, təmiz qalmaq axı daha asandır, nəyin ki, yoluxma riskini artırmaq, yoluxmaq və yoluxdurmaq.
Əziz dostlar, dünyanın düzəni dəyişib.
Biz də bu düzənlə yaşamağa məcburuq.
BizBirlikdəGüclüyük