Çapa göndər
Masallı rayonunun Kolatan kəndində kəndlərarası yolun təmirinə başlanıldı ƏLİHÜSEYN ŞÜKÜROV +FOTO=6

28 iyun 2020 - 16:36

Masallı rayon Böyük Kolatan - Bala Kolatan kəndlərini birləşdirən 350 metrlik yol əsaslı təmirə bağlanmışdır.

Təmir-bərpa işləri kənd əhalisinin və Rusiya Federasiyasında yaşayan soydaşların topladığı vəsait hesabına həyata keçirilir.

Hal — hazırda yol kənarında yaşayan sakinlərin istəyi ilə çəpərlər sökülür və yol 6-8 metr arası genişləndirilir. Yolun kənarları kol-kosdan təmizlənir. Yolda 150 metrlik çirkab suların axıılması üçün novlar çəkilib və qrunt suları həmin su novları vasitəsilə Kolatan çayına axıdılır. İşlər yekunlaşdıqdan sonra sözü gedən yola 350 metrlik asfalt döşənəcək və Kolatan çayının üzərində olan körpü sökülərəkdir. Uzunluğu 18 metr, eni 5 metr olan yeni körpü salınacaqdır.

ƏLİHÜSETN ŞÜKÜROV.