Çapa göndər
Gülağa Tənha Pərvanələr saatı bildirir...

09 iyul 2020 - 13:19

Sətirlərdə deyildiyi kimi, bu mahnını  Pərvanə ömürü yaşayanlara həsr edirik... Kim bilir neçə neçə adını belə eşitmədiyimiz, bilmədiyimiz  qəhramanlar var! Bizim xalqın həmişə mərd, cəsarətli oğlanları, qızları olub və bundan sonra da olacaqdır... - Fikir vermisinizsə Pərvanələr saatı bildirir: onlar çox vaxt işığa, axşam saat doqquzdan oniki arası  gəlir...

 

 

 

Söz: Gülağa Tənha (Qənbərov)

Musiqi/ifa: Tünzalə Ağayeva

 

 

YAN BİR PƏRVANƏ KİMİ…

 


Əynindən soyunub qaranlıqları,
Qədərin hökmündən ayrılıb gəlir,
Pərvanə can atır şam işığına,
Gecənin içindən sıyrılıb gəlir.
Necə möcüzədi, İlahi,
görən
Ölümə gələnlər beləmi gəlir?!
Əcəli gizlənib qanadlarında,
Ömürdən sıyrılıb ölümə gəlir.
Ocaq deməliyik, pir deməliyik,
Dünyanın dərdini daşıyanlara.
Qaranlıq dünyaya nur deməliyik,
Pərvanə ömürü yaşayanlara!
Sevgisi ömrüdü!
Bu sevgisiylə
Tək gəlib dünyaya, cahana Tənha!
Mənim xislətimdə pərvanəlik var,
Tənha – pərvanədir,
pərvanə – Tənha!..

Şamaxı, 6 may, 2006

 

 

 

 

Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci

 

 

 

 

 

hazırladı: Ağa Mühəmməd Aman