Çapa göndər
Böyük ürəkli bəstəkarın məzarı baxımsız qalıb

07 iyun 2020 - 16:11

 Gördüyünüz bu şəkillər nakam bəstəkarımız Asəf Zeynallının Patamdart dairəsi tərəfdə yerləşən  (rus qəbiristanlığı adlanan) yerdə olan məzarının görüntüləridir.Azərbaycan bəstəkarlıq məktəbində öz yeri olan,həyatda cəmi 23 il ömür sürmüş böyük ürəkli bəstəkarın məzarı beləcə baxımsız qalıb.Qorxuram zaman keçər,bu məzardan gələcək nəsilə heç bir nişanə belə qalmaz.Zənnimcə,bu qəbrin Fəxri xiyabana köçürülməsi daha məqsədəuyğun olar.
Qeyd edim ki,bu məlumatı, oxucumuz Pərviz Zeynalov(gözəl sənətkarımız,klarnet ustası, rəhmətlik Məhərrəm Zeynalovun oğlu) göndərib.