Çapa göndər
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

04 iyun 2020 - 14:42

İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək.
Paradda hərbçilərimizin ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi olacaq.
Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək. mod.gov.az