Çapa göndər
Naxçıvandan gələnlər ev karantininə göndəriləcək - Yaqut Qarayeva

11 iyun 2020 - 14:10

Hazırda təsdiqlənən qaydalar ölkədaxili uçuşlara şamil olunur.
Bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Y.Qarayeva qeyd edib ki, uçuşdan sonra vətəndaş ev karantinində olacaq.
O həmçinin qeyd edib ki, beynəlxalq uçuşlarla bağlı qaydalar daha sonra açıqlanacaq".