Çapa göndər
Tahir Əmiraslanov: Kitabımıza ilk mükafat və ən yüksək dəyər

11 iyun 2020 - 13:59

Bu gün çox əlamətdar bir gün oldu.
“İrəvan xanlığı bölgə mətbəxi” kitabının müəlliflərini, Məni və Əməkdar mədəniyyət işçisi Oruc Əliyevi Milli Məclisin Mədəniyyət Komitəsinin Sədri çox hörmətli Qənirə xanım Paşayeva qəbul etdi. Kitabımıza ilk mükafatı və ən yüksək dəyəri verdi.
Qənirə xanım kitaba yüksək dəyər verdiyini, bu kitabın çox böyük mədəni hadisə olduğunu, milli qeyri-maddi mədəni mirasın qorunmasında vacib rol oynayacağını söylədi, Azərbaycan Respublikası Prezidentinin və birinci Vitse Prezidentin yürütdüyü siyasətin nəticələrindən biri kimi qiymətləndirdi.
Bizə və kitabımıza verdiyi yüksək dəyərə, ayırdığı böyük vaxta və çox dəyərli tövsiyyələrinə görə ölkəmizin sevimli qızı, çox hörmətli Qənirə xanım Paşayevaya dərin minnətdarlığımızı ifadə edirik.v