Çapa göndər
AzTU-nun professoru Türkiyə telekanalında erməni yalanlarını ifşa etdi - VIDEO

01 iyun 2020 - 17:46

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Əyyub Kərimov Türkiyənin “İzmir” telekanalında ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar və düşmənçilik siyasətindən danışıb. Professor Ermənistanda vaxtilə Hitlerə xidmət etmiş Qaregin Njdenin (Ter-Arutyunyan) faşist ideologiyasını dövlət ideologiyası səviyyəsinə qaldırmasını tarixi faktlar və elmi əsaslarla sübut edib.

Əyyub Kərimov həmçinin İrəvanın və Qarabağın qədim Azərbaycan torpaqları olduğunu, ermənilərin bu torpaqları hansı vasitələrlə ələ keçirməsini bir daha tamaşaçıların diqqətinə çatdırıb.