Çapa göndər
Azərbaycan Texniki Universitetinin televiziya studiyası onlayn imtahanlarla bağlı videoçarx hazırlayıb

28 may 2020 - 17:33

Azərbaycan Texniki Universitetinin (AzTU) televiziya studiyası onlayn imtahanlarla bağlı videoçarx hazırlayıb. Videoçarxda onlayn imtahanların keçirilmə qaydaları barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, AzTU-da imtahanlar onlayn formada, şifahi üsulla keçiriləcək. Hər fənn üzrə 25 sual hazırlanaraq imtahan sessiyasına ən azı 15 gün qalmış tələbələrə təqdim olunub. Tələbə 25 sual arasından istədiyi 5 suala hazırlaşıb qiymət ala biləcək.