Çapa göndər
Vüsalə Musalı Filologiya elmlərində yeni araşdırma və tədqiqat metodları mövzusunda onlayn mühazirə keçəcəkdir

26 may 2020 - 12:26

 Türkiyə Respublikasının Kastamonu Universitetinin professoru Vüsalə Musalı 31 may 2020-ci il saat 15:00-da BDU-nun tələbələri və gənc tədqiqatçıları üçün Microsoft Teams platforması üzərindən “Filologiya elmlərində yeni araşdırma və tədqiqat metodları” mövzusunda onlayn mühazirə keçəcəkdir.

Onlayn mühazirədə iştirak etmək istəyən şəxslərin 30 may 2020-ci il saat 17:00-dək mehriban.alizade@inbox.ru və ya azadbey@mail.ru ünvanına müraciət etməsi xahiş olunur.