Çapa göndər
BDU-da “Kristalların rentgen quruluş analizi ilə öyrənilməsi” mövzusunda onlayn mühazirə keçirilib

23 may 2020 - 14:25

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Zərif üzvi sintez” ETL-nın aparıcı elmi işçisi, Portuqaliyanın Lissabon Universitetində uzunmüddətli elmi ezamiyyətdə olan kimya üzrə fəlsəfə doktoru Ataş V. Qurbanov BDU-nun tələbələri üçün “Kristalların rentgen quruluş analizi ilə öyrənilməsi” mövzusunda onlayn mühazirə keçib.

“Kristalların rentgen quruluş analizi ilə öyrənilməsi” mövzusunda təqdimatla çıxış edən kimya üzrə fəlsəfə doktoru Ataş V. Qurbanov kristallar və kristallik maddə, həndəsi, fiziki və kimyəvi  kristalloqrafiya, kristalların forma və daxili quruluşları, rentgenstruktur analiz barəsində ətraflı məlumat verib.

Microsoft Teams platforması üzərindən təşkil olunmuş dərs iştirakçıların böyük marağına səbəb olub.
Onlayn mühazirə sualların cavablandırılması ilə yekunlaşıb.