Çapa göndər
Bu gün daha 178 nəfər Azərbaycan vətəndaşı vətənə çatdırılmışdır

22 may 2020 - 12:32

Bu gün daha 178 nəfər Azərbaycan vətəndaşı vətənə çatdırılmışdır. "Azərbaycan Hava Yolları" İstanbuldan Bakıya növbəti çarter reysini həyata keçirdi.

Bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə "AZAL" aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirmişdir.