Çapa göndər
"28 may Respublika günü"nə həsr olunmuş "Virtual GəncLİK" Digital Forum keçiriləcək!

21 may 2020 - 17:48

28 may, 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı və Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə "28 may Respublika günü"nə həsr olunmuş "Virtual GəncLİK" Digital Forum həyata keçiriləcək!
“Virtual GəncLİK" Digital Forumun Məqsədi:
- Yeni koronavirusun dünyada sürətlə yayıldığı və Azərbaycan hökumətinin öz həmvətənlərinin yoluxmasının qarşısını almaq gördüyü tədbirlər zamanı, Binəqədi Gənclər Evi də onlayn formatda gənclərin inkişafına töhvə vermək;
- Müasir Azərbaycan Gəncinin “28 may Respublika” tarixi ilə gəncləri yaxından tanış etmək ;
- Gənclərin milli maraqlara, milli-mənəvi dəyərlərə olan bağlılığını artırmaq, vətənpərvərlik və dövlətçilik ənənələrini formalaşdırmaq;
- Gənclər sektorunun nümayəndilərinin gənclər ilə görüşünün onlayn keçirilməsi;
-Gənclərə müasir dövrümüzlə əlaqədar zəruri bilik və bacarıqlar ötürmək, onları inkişaf etdirmək və həmçinin asudə vaxtlarının əyləncəli və səmərəli keçirilməsini təşkil etmək.
Qeyd edək ki, post pandemiya dövrünü nəzərə alaraq “Virtual GəncLİK” Digital Forumu onlayn şəkildə İnstagram, Zoom və Whatsapp Messenger proqramları vasitəsilə saat 09:00-21:00-da keçiriləcək.
Forumda ümumilikdə 7 müxtəlif fəaliyyət əks olunacaq.
" Virtual GəncLİK" Digital Forumun Proqramı:
- Yoga saatı 
- Bacarıqlarını paylaş 
- Xəmsə Milli İntellektual Oyunu
- Vebinar 
- Canlı Musiqi 
- Şahmat yarışı
- Müsabiqə və Viktorina

“Virtual GəncLİK” Digital Forumunda iştirak etmək üçün “Whatsapp Messenger” qrupuna daxil olun:
https://chat.whatsapp.com/KP7mwdttSDk6xxqpIYCjG3


Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
https://www.facebook.com/events/293919748302879/?notif_t=plan_user_joined&notif_id=1589917652307558