Çapa göndər
İsmayıl Zülfüqarov BDU-nun tələbələri üçün onlayn ustad dərsini keçəcəkdir

20 may 2020 - 11:40

Koreya Respublikasının Pusan Milli Universitetinin tədqiqatçı-professoru, Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq Proteomiks laboratoriyasının müdiri İsmayıl Zülfüqarov 22 may 2020-ci il saat 11:00-da BDU-nun tələbələri üçün Microsoft Teams platforması üzərindən “Koronoviruslar: onların genomu, həmçinin əsas zülallarının quruluşu və funksiyası” mövzusunda onlayn ustad dərsini keçəcəkdir.

Virtual ustad dərsində iştirak etmək istəyən şəxslərin 21 may 2020-ci il saat 17:00-dək  sabinaomarova1@gmail.com ünvanına müraciət etməsi xahiş olunur.