Çapa göndər
Gələcəyin sahibkarı

19 may 2020 - 16:27

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə uşaqlar arasında “Gələcəyin sahibkarı” mövzusunda yazı müsabiqəsi elan edir.
Müsabiqədə 8-11, 12-15 yaş qruplarında şagirdlər iştirak edə bilərlər.
Müsabiqə Azərbaycanda sahibkarlığın təbliği, erkən yaşlarda sahibkarlıq anlayışının formalaşdırılması, uşaqları gələcəkdə sahibkar olmağa ruhlandırmaq məqsədi daşıyır.
Mükafat fondu:
1-ci yer – 200 AZN dəyərində hədiyyə
2-ci yer – 150 AZN dəyərində hədiyyə
3-cü yer – 100 AZN dəyərində hədiyyə
Müsabiqənin şərtləri:
Müsabiqədə iştirak etmək istəyənlər 8-11, 12-15 yaş qruplarında, şagirdlər olmalıdırlar;
Bir uşaq yalnız bir məqalə ilə iştirak edə bilər;
Yazıya qarşı olan tələblər:
Yazı “Arial” yazı şriftində, 12 punto ölçüsündə, A4 formatlı səhifədə yazılmalıdır;
Yazının həcmi 3000-6000 işarədən (boşluqlar nəzərə alınmadan) çox olmamalıdır;
Müraciət:
Hazırlanan yazılar 27 may 2020-ci il tarixinə qədər aşağıda göstərilənlərlə birlikdə sahibkar@ask.org.az elektron ünvanına, məktubun mövzusunda “MÜSABİQƏ” qeyd edilməklə göndərilməlidir:
Şəxsiyyət vəsiqəsinin sürəti;
Oxuduğu məktəb və sinif;
Ev və ya mobil telefon;
Qeyd: Təqdim edilmiş yazılar şərtlərə uyğun olmadıqda müsabiqəyə buraxılmayacaqdır.
Müsabiqənin qalibləri 1 iyun 2020-ci il tarixində elan ediləcəkdir.