Çapa göndər
Gülağa Tənha Dünya başqa müstəvidə olsa belə...

18 may 2020 - 15:00

           Şuşa ardınca da Laçın... Çox təəssüf hissi ilə qeyd edirik ki, bu gün Laçının işğal olduğu gündür. Üstündən 28 il keçir, amma eləbil bu hadisələr dünən olub. Maraqlandıran məsələlərdən biri də odur ki, 28 il bundan əvvəl Laçında doğulan erməni uşaqları Laçını öz doğma torpaqları bilir. Onlar tərəfindən baxıb bənzətmə etsək, əslində, uşağın valideyinləri kimin olduğunu gizlədib, başqa əllərdə böyüməsinə bənzəyir. Gedib yaxasından tutub deyəndə ki, - Çıx get burdan, bura bizim torpaqlardı! Adama qayıdıb deyər ki, gözümü açandan buranın suyunu, havasını udub böyümüşəm, hara gedim?... Gəl izah elə, başa sal ki, bunu get tarixi sənə səhv yedizdirən atandan soruş!... 

 

           Mən heç vaxt Qarabağ torpağını görməmişəm. Amma Azərbaycanın hər dağını - düzünü sevdiyim kimi, Qarabağı da sevirəm, bəlkə də digər yerlərə baxada daha çox... Baş verənlərə biz tərəfdən baxanda isə, uşaq vaxtı, qonşu uşaqlarının bizə məxsus olanı əlimizdən almasına bənzəyir... Neyniyək? Müharibənin olmasını da istəmirik. İtgilər, göz yaşları... İllərlə sağalmayan psixoloji travma. Bir onu bilirəm ki, insan darıxdığı yerə getməlidir. Dünya başqa müstəvidə olsa belə...

 

Ağa Mühəmməd Aman

 

 

Azpress.az - saytı xeyriyyəçi - şair Gülağa Tənhanın sözlərinə yazılmış "Vətən sənsiz darıxmışam"  Klipini təqdim edir.


söz: Gülağa Tənha (Qənbərov)
musiqi: Ramiz Mirişli
ifa: Nəsibə Bədəlbəyli

 

 

ÇOX DARIXMIŞAM…

 

Yuxu olub gözlərimə dolur həsrətin,
Vətən, sənsiz darıxmışam…
Çox darıxmışam.
Acısını udammıram qəmin, möhnətin,
Vətən, sənsiz darıxmışam…
Çox darıxmışam…
İzlərimi qoruyurmu kəndim-şəhərim,
Yox, qılığa yatan deyil qəmim, qəhərim…
Gecələrim düyün düşüb, gəlmir səhərim,
Vətən, sənsiz darıxmışam…
Çox darıxmışam…

Çiçəyimə əl uzadan olubmu görən,
Tər çiçəyim saralıbmı, solubmu görən,
Həsrət könlü kövrəlibmi, dolubmu görən?–
Vətən, sənsiz darıxmışam…
Çox darıxmışam…
Bir qəribin nəğməsinə dönüb gələrəm,
Ruhun-canın həvəsinə dönüb gələrəm,
Ömrün axır nəfəsinə dönüb gələrəm,
Vətən, sənsiz darıxmışam…
Çox darıxmışam…


Şüvəlan, 26 may, 2007

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха