Çapa göndər
"Azərbaycan Hava Yolları" QSC-nin məlumatı

15 may 2020 - 11:02

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 14 may  tarixində Kiyevdən  Bakıya çarter reysi yerinə yetirilmişdir. Həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı çatdırılmışdır.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri  AZAL tərəfindən  Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.