Çapa göndər
Yük nəqliyyat vasitəsində gizlədilən dərman preparatları və patronlar aşkarlandı

15 may 2020 - 10:52

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Actros" markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin salonunda, yataq yerinin altında, sağ və sol baqajlarında gizlədilən 1890 qutu müxtəlif adda dərman preparatları və pnevmatik tapança üçün 50 ədəd patron aşkarlanıb.