Çapa göndər
“Heydər Əliyev və Azərbaycan filologiyası” mövzusunda respublika virtual elmi konfransı keçiriləcək

13 may 2020 - 13:57

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə 22 may 2020-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş  “ƏHEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN FİLOLOGİYASI” mövzusunda respublika virtual elmi konfransı keçiriləcəkdir.

Elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaqdır.

Virtual elmi konfransda iştirak etmək istəyən şəxslərin 19 may 2020-ci il saat 17:00-dək  eshukurov@bsu.edu.az ünvanına müraciət etməsi xahiş olunur.