Çapa göndər
Saxlanılan terrorçuların görünüşü şoka saldı

11 may 2020 - 12:50

Türkiyəli əsgərlərə qarşı hücum həyata keçirmək istəyərkən saxlanılan PKK/YPG-li iki terrorçunun görünüşü hər kəsi heyrətləndirib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Bildirilir ki, hadisə Suriyanın Hasaka bölgəsində baş verib. Terrorçular hava qaralandan sonra əraziyə girməyə çalışıblar. Lakin keşik çəkən əsgərlərin nəzərlərindən yayına bilməyiblər.
Yoxlama zamanı onların bədənlərinin alüminium folqa ilə sarındığı görünüb. Terrorçular bunu termal kameraya yaxalanmamaq üçün etdiklərini bildiriblər.
Onlar həmçinin türkiyəli əsgərlərə qarşı terror həyata keçirmək istədiklərini etiraf ediblər.
Terrorçuların silah-sursatları müsadirə edilib, özləri isə həbsə salınıb. medianews.az