09 may 2020 - 10:15
"Judobase" portalı dünya cüdoçularının (kişi və qadın) və yığmalarının (bura əsas, gənclər və yeniyetmələrdən ibarət komandalar daxildir) son 10 ildə qazandıqları (Olimpiada, dünya və Avropa çempionatları, eləcə də Avropa Kuboku) medalların statisikasını yayıb. Maraqlıdır ki, bu illər ərzində aktivinə 218-i qızıl, 180-i gümüş və 346-sı bürünc əyarlı olmaqla 744 medal yazdıran Azərbaycan yığması bu sıralanmada 14-cü yeri tutub. Azərbaycan bu göstərici ilə, Macarıstan, ABŞ, Böyükbritaniya. Kanada, Ukrayna, Çin və bir sıra ölkələri geridə qoymağı bacarəb. Bu siyahıda ilk üçlüyü isə müvafiq ardıcıllıqla Yaponiya (1025-525-770), Rusiya (861-795-1449) və Fransa (655-589-1182) bölüşür. Dünya yığmaları arasında 14-cü olan yığmamızın üzvlərindən daha çox medal qazananlar isə Rüstəm Orucovla (73 kq) İrina Kindzerskaya (+78 kq) olub. Beləki, son ilyarımda müxtəlif miqyaslı turnirlərdı 7 dəfə fəxri kürsüyə qalxan Orucov cari mövsümdə isə əvvəlcə Tsindaoda (Çin) «World Masters» si, ardından isə Dyüsseldorfda (Almaniya) baş tutan "Böyük Dəbilqə"də üçüncü yeri tutub. Təəssüflər olsun ki, dünyanı cənginə olan koronovirusdan sonra bütün yarışlar dayandırılıdı. Kindzerskaya gəlincə, qadınlar arasında öz çəkisində dünyanən 3 ən yaxşısından biri olan cüdoçumuz son ilyarımda 8 dəfə fərqlənib. Cari mövsümdə isə, o, koronovirus pandemiyasına qədər Almaniyada "Böyük Dəbilqə"nin finalçısı olub.
İntiqam Məmmədov