04 may 2020 - 15:40
Naxçıvan Qarnizonu Qoşunlarında bütün növ silah və texnikanın istismarının yay mövsümünə keçidi ilə əlaqədar göstərici məşğələ keçirilib.
Əvvəlcə Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayevin bütün növ silah və texnikanın istismarının yay mövsümünə keçidi ilə əlaqədar əmri və göstərici məşğələnin planı şəxsi heyətə çatdırılıb.
Müxtəlif təlim yerlərində avtomobil texnikalarının, raket-artilleriya silahlarının, hava hücumundan müdafiə vasitələrinin, atıcı silahların, döyüş sursatlarının və zirehli tank texnikalarının yay mövsümünə keçidi zamanı görülən işlər, park xidmətinin, yanğından mühafizənin, tərbiyəvi işin və ilk tibbi yardımın təşkili, mühəndis, kimya, ərzaq və rabitə vasitələrinə texniki xidmətin göstərilməsi praktiki olaraq nümayiş etdirilib.
Mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilən Naxçıvan Qarnizonu Qoşunlarında yay mövsümünə keçid zamanı hərbi texnikalara texniki xidmət 1 və 2 həcmində qulluq göstərilir. Bu zaman texnikaların yanacaq-sürtkü materialları və filtrləri dəyişdirilir, elektrik və hidravlik sistemləri, hissə və mexanizmləri planlı şəkildə yoxlanılır.
Zirehli tank texnikalarının hərəkət hissələrinə, döyüş və güc bölmələrinə xüsusi qulluq göstərilir, bütün hərəkət hissələri yağlanır, tırtıllar tarımlanır, mühərriklərə yağ əlavə olunur, ehtiyac olanların yağı dəyişdirilir.
Bütün fəaliyyətlər başa çatdıqdan sonra silah və hərbi texnikanın hər bir nümunəsinin təhlili və nəticələrin qiymətləndirilməsi aparılacaq.