Çapa göndər
Azərbaycanın AŞPA-dakı yeni nümayəndə heyəti - SİYAHI

29 aprel 2020 - 20:15

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.
Bu barədə Milli Məclisdən xəbər verilib. Bildirilib ki, AŞPA-nın Daimi Komitəsinin pandemiyadan sonra 30 aprel tarixinə təyin edilmiş ilk onlayn iclasında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi artıq bəllidir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov - nümayəndə heyətinin rəhbəri, Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa, Asim Mollazadə daxildir.
Yeni tərkibin siyahısı AŞPA-ya göndərilib.