Çapa göndər
Mərkəzi Gömrük Hospitalı aztəminatlı ailələrə yardım ediblər - VIDEO

29 aprel 2020 - 17:02

Koronavirus (Covid-19) infeksiyası ilə mübarizədə ilk gündən etibarən ön sıralarda yer alan gömrükçülər sosial dəstək aksiyalarında da fəal iştirak edirlər. Mərkəzi Gömrük Hospitalının əməkdaşları bu məqsədlə aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardım aksiyasına töhfəsini veriblər.

Xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə dəstək tədbirləri çərçivəsində Mərkəzi Gömrük Hospitalının əməkdaşları tərəfindən 80-dən çox aztəminatlı ailəyə köməklik göstərilib, həkim müayinəsi aparılıb, onlara gündəlik zəruri qida məhsullarından ibarət ərzaq sovqatı paylanılıb və xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə edilib.

Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı həkimləri yaşlı insanların diaqnostik tibbi müayinələrini həyata keçirib və səhhətində problem aşkarlanan uşaqlara peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.