Çapa göndər
Rehman ORXAN: Sumqayıt "Dostlar Klubu" ictimaiyyətə maraqlı müraciət ünvanlayıb - VIDEO

25 aprel 2020 - 22:00

Sumqayıt "Dostlar Klubu" karonavirus pandemiyası ilə bağlı ölkə ictimaiyyətinə maraqlı tərzdə müraciət ünvanlayıb. Belə ki Sumqayıt "Dostlar Klubu"nda təmsil olunan bir qrup ziyalı şeirlə xalqımıza müraciət edərək, ümumrespublika “evdəqal” kampaniyasına əsasən evdə qalmalarını tövsiyə ediblər. Xatırladaq ki, Sumqayıt "Dostlar Klubu"nun sədri tanınmış həkim-filosof, yazıçı-publisist Hümbət Həsənoğlu, üzvləri - tibb elmləri namizədi Mayıl Tağıyev, professor Sahib Fərzəliyev, elmlər namizədi, Əməkdar mühəndis, şair-qəzəlxan Əli Əmirov (Ələmi), yazıçı-publisist, Əməkdar jurnalist Eyruz Məmmədov, Əməkdar İncəsənət xadimi Ağalar İdrisoğlu, Əməkdar jurnalist Rəhman Orxan, yazıçı-tərcüməçi Arif Ərşad, iqtisadçı Rafiq Mehdiyev və şərqşünas-nəsimişünas Vüsal Hətəmovdur.