Çapa göndər
Azərbaycanlı parapsixoloq villasını 650 min manata satır - VIDEO

25 aprel 2020 - 11:55

Məşhur parapsixoloq İlham Mirzəyevin villasını satışa çıxardığı məlum olub.
Bu barədə ATV kanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramının aparıcısı Zaur Baxşəliyev canlı efirdə məlumat verib.
Sözügedən verilişə “Skype” vasitəsilə qoşulan İ.Mirzəyevə üzünü tutan Zaur bunları söyləyib:
“O gün elan saytlarında görürəm ki, villanı 650 min manata satışa çıxarmısan. Evini elanlara qoyulan şəkillərdən tanıdım”.
İ.Mirzəyev isə Z.Baxşəliyevin sözlərini təsdiqləyib:
“Bir dənə komadır. Yaşayırıq özümüz üçün”.
Parapsixoloqun sözlərindən qıcıqlanan aparıcı qonaqlara səslənərək “Siz İlhamın “komada yaşayırıq” sözlərinə inandınız? Evin işıqlarını da hər yerdə söndürmürsən. “LED” lampalar da almısan ki, işıqpulu az olsun” kəlmələrini dilə gətirib.
Qeyd edək ki, parapsixologiya ilə məşğul olan İlham Mirzəyev 2014-cü ilin aprel ayının 11-də dələduzluqda ittiham olunaraq həbs edilib. İttihama əsasən, aparıcı direktoru olduğu “İlhamed” tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa yalan vədlər verərək, onun 3 000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir.
Nərimanov Rayon Məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib. Parapsixoloq dörd il öncə azadlığa çıxıb. oxu.az