Çapa göndər
Hərbi qulluqçuların qanvermə aksiyasında iştirakı davam edir

24 aprel 2020 - 17:12

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı yaradılması təşəbbüsünə qoşulan Müdafiə Nazirliyinin hərbi qulluqçularının aksiyada iştirakı davam edir.
Yığılan qan ehtiyatı yoxlanıldıqdan və sertifikatlaşdırıldıqdan sonra Respublika Talassemiya Mərkəzinə təhvil veriləcək. mod.gov.az