Çapa göndər
Masallıda xeyriyyə aksiyası geniş vüsət alır

16 aprel 2020 - 15:20

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!» şüarına dəstək olaraq Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatının təşkilatçılığı ilə rayonda ehtiyacı olan aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan ahıl insanlara 2 apreldən 13 aprel 2020-ci il tarixədək ərzaq yardımları paylanıb.
Xeyriyyə aksiyası çərçivəsində 5125 aztəminatlı ailəyə, 143 nəfər yaşı 65-dən yuxarı olan tənha insanlara ərzaq payları, həmçinin 200 ədəd 1 litrlik, 4500 ədəd 100 millilitrlik spirt, 3000 ədəd əlcək, 10000-dən çox maska paylanmışdır. Bundan əlavə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 50 ədəd tibbi çanta və 450 ədəd maska paylanmışdır.
Rayonun şəhər, qəsəbə və kəndlərində geniş vüsət almış digər bir xeyriyyə aksiyasında isə 30000 ədədə yaxın pulsuz çörək paylanmışdır. Hazırda bu aksiya gündəlik olaraq davam etdirilir.
Qeyd olunan xeyriyyə aksiyalarında Masallı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatı, Milli Məclisə yeni seçilmiş deputatlardan Məşhur Məmmədov, Anar İsgəndərov, Cavanşir Paşazadə, sahibkarlardan Ramazan Mirzəyev, Qalib Məmmədov, Akif Qarayev, Ramazan Zeynalov, İlkin Şükürov, Tahir Niftullayev, Etibar Ağayev, Nəriman Əliyev, Ələsgər Tarverdiyev, Eldar Salmanov, Adil Quliyev, Laçın Sadıqzadə, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Arzu Bağırova, “Ümidim sənsən” İctimai Birliyinin rəhbəri Fidan Abbaslı, “Sosial İnkişafa Yardım” İctimai birliyinin rəhbəri İlham Əliyev və digər iş adamları iştirak etmişdir.
Əlihüseyn Şükürov.