Çapa göndər
Təbiətə ziyan vuran şəxs cəzalanıb

16 aprel 2020 - 14:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə İmişli rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Araşdırma zamanı İmişli rayonu, Məmmədli kəndi ərazisində, “Həyat” kəndli fermer təsərrüfatına aid torpaq sahəsində ağac və kolların kəsildiyi, təbiətə 2800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı təsərrüfatın direktoru Siyasət Şirinov barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından  məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq  tədbirlərin
görülməsi üçün toplanmış sənədlər İmişli rayon Prokurorluğuna göndərilib.