Çapa göndər
Təbiətə ziyan vuran şəxs cəzalanıb

14 aprel 2020 - 16:33

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabirabad rayonu  ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Araşdırma zamanı Sabirabad rayonunun Kür çayının mühafizə zolağında ağac və kolların rayon sakini Zamin Xəlilov tərəfindən kəsildiyi, təbiətə 3120 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından  məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq  tədbirlərin
görülməsi üçün
toplanmış sənədlər
Sabirabad rayon Prokurorluğuna göndərilib.